Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da mənzil qiymətlərinin illik artımı 1,5 faiz olub.
Banco.az xəbər verir ki, “S&P Dow Jones Indices” iyun ayına dair milli mənzil qiymətləri göstəricisinin məlumatlarını açıqlayıb.
Məlumata görə, ABŞ üzrə mənzil qiymətlərini əks etdirən milli göstərici iyun ayında illik müqayisədə 1,5 faiz artıb. Göstərici may ayında illik əsasda 1,2 faiz yüksəlmişdi.
ABŞ-ın 20 böyük şəhərində mənzil qiymətlərini ölçən göstərici də iyun ayında illik müqayisədə 2,1 faiz artıb.
Bazar gözləntisi göstəricinin bu dövrdə 1,8 faiz yüksələcəyi istiqamətində idi. Göstərici may ayında illik əsasda 1,6 faiz artmışdı.
Göstəriciyə daxil olan 20 şəhər arasında mənzil qiymətlərinin illik əsasda ən çox artdığı şəhər Çikaqo olub. Çikaqoda mənzil qiymətləri iyun ayında illik müqayisədə 6,9 faiz yüksəlib. Çikaqonu 4,8 faiz artımla Nyu-York, 4,1 faiz artımla isə Klivlend izləyib.
Eyni dövrdə mənzil qiymətlərinin ən çox azaldığı şəhər isə 2 faiz geriləmə ilə Sietl olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
