Satış strategiyası - "19 manat 99 qəpik" | Banco.az

Satış strategiyası - "19 manat 99 qəpik"

Alış-veriş etməyi bir çoxları sevir. Endirim kampaniyaları isə qadınların səbirsizliklə gözlədikləri məqamdır. İndi hansı geyim mağazasına girirsən, gözəl musiqi sədaları altinda hər malın qiyməti öz üstündə yazılıb. 17 manat 99 qəpik və ya 26 manat 99 qəpik. Əslində isə musiqi və yuvarlaqlaşdırılmayan qiymətlər alıcının fikrini dəyişdirməyə yönələn sadə marketinq siyasətidir.

27 manat 99 qəpik və ya 22 manat 99 qəpik. Belə qiymətlərin alıcılar üçün daha cəlbedici olması dünya təcrübəsində özünü doğruldub. Müştəri, zövqüncə olan əşyanı almaq istədiyindən əsas qiymətin yanındakı qəpikləri görmür. Psixoloq Murad İsayev məsələni belə izah edir:

"Əgər biz 80 deyiriksə 79 manat 99 qəpik də elə 80 manat deməkdir. Amma insan psixologiyasında 70 rəqəmi qalır. Biznesdə idarəetmə psixoloqları bunu bilərəkdən düşünüblər"

Əslində 99 qəpiklə 1 manat arasında çox da fərq yoxdur. Əsas məqsəd alıcının fikrini onluqlardan yayındırmaqdır. Mağaza meneceri Nərmin Salayeva isə məsələyə başqa tərəfdən baxır:

Ən sərfəli kredit üçün müraciət et

"Bir qəpiyi belə tələb edən alıcılar var. Əlbəttə biz onlara pullarını veririk. Bilirsiz necədir son zamanlar elə mağaza tapmazsan ki, qiymətlər bu cür ölçülməsin. Bu sadə bir marketin siyasətidir"

Xırda qəpiklərin dövriyyəsi baxımından bu, gözəl bir addımdır. Amma satıcılardan fərqli olaraq, alıcılar onlara qalığın qaytarılmadığını iddia edirlər. Marketoloqların əl atdıqları növbəti üsul isə mağaza daxilində dəyişən həzin musiqilərdir. "Musiqi ruhun qidasıdır" prinsipi ilə yola çıxan marketoloqlar bu yolla alıcıların fikrini yayındırmağa çalışırlar. Murad İsayev alıcının musiqinin təsirinə girdiyini bildirir:

Musiqini eşidəndə alici aliş-veriş xərcini unudur. Musiqi onu rahatlaşdirir. Əsasən puluna yox, almağa köklənir. Daha relaks olur"

Ən sərfəli krediti almaq üçün müraciət et