Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən azad edildi | Banco.az

Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.