Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

Neft qiymətləri Yaxın Şərqdəki münaqişənin sona çatacağı gözləntiləri fonunda ucuzlaşır.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında avqust ayı üçün Brent markalı neftin fyuçersləri 0,39 dollar (0,47%) azalaraq bir barel üçün 82,78 dollara düşüb. Bazar ertəsi günü isə Brent markalı neftin bir bareli 4,16 dollar (4,76%) azalaraq 83,17 dollara düşüb.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində iyul ayı üçün WTI fyuçerslərinin qiyməti 0,17 dollar (0,21%) azalaraq bir barel üçün 80,58 dollara düşüb. Əvvəlki sessiyada müqavilə 4,13 dollar (4,87%) azalaraq bir barel üçün 80,75 dollara düşüb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vitse-prezident C.D. Vens və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Yaxın Şərq böhranının həllinə dair elektron memorandum imzalayıblar. Bu barədə bazar ertəsi Axios mənbəyə istinadən məlumat verib. Rəsmi imzalanma mərasiminin iyunun 19-da keçirilməsi gözlənilir.

Bu arada, Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra Tramp Hörmüz boğazının artıq qismən açıldığını və cümə günü tam olaraq açılacağını açıqlayıb. Tramp həmçinin bu su yolundan keçən gəmilər üçün heç bir rüsum alınmayacağını da vurğulayıb.