İşçinin məzuniyyət hüququnun pozulmasına görə nə qədər cərimə hesablanır? | Banco.az

İşçinin məzuniyyət hüququnun pozulmasına görə nə qədər cərimə hesablanır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"İşəgötürən tərəfindən məzuniyyət hüququnun pozulması inzibati məsuliyyət yarada bilər".

Bunu Banco.az-a açıqlamasında hüquqşünas Etibar Qarayev bildirib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən məzuniyyət haqlarının hesablanması və ödənilməsi ilə bağlı qanun pozuntularına görə vəzifəli şəxslər 700 manatdan 1.500 manatadək cərimə edilə bilərlər:

"İşçinin məzuniyyət hüququnun pozulması, məzuniyyətin verilməməsi və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməməsi hallarında isə vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə oluna bilərlər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram