İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalı və emalı layihələrinin maliyyələşdirilməsi çərçivəsində "ATA PACK" MMC-yə 1 milyon 950 min manat kredit verib.
Bu barədə nazir Mikayıl Cabbarov "Twitter"də məlumat paylaşıb.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!