Bankların xarici öhdəlikləri 396 mln. manatdan çox artıb | Banco.az

Bankların xarici öhdəlikləri 396 mln. manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin iyulun 1-i tarixinə 3 milyard 113 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bank sektorunun xarici öhdəlikləri illik müqayisədə 14.6% və ya 396.2 mln. manat artıb. 

Qeyd edək ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 148.7 mln. manat azalaraq 3,113 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram