Qlobal böhran nə zaman bitəcək? - TƏHLİL (I hissə) | Banco.az

Qlobal böhran nə zaman bitəcək? - TƏHLİL (I hissə)

ABŞ-da 2008-ci ildə maliyyə böhran başlayanda, 2009-cu ildə proses iqtisadi böhrana çevriləndə ən pessimist analitiklər böhranı 1929-1939-cu illərin Böyük Depressiyası ilə müqayisə edirdilər.

Sonrakı hadisələr bu proqnozları təsdiq etdi. Hazırkı durumda böhran hətta Böyük Depressiyadan da güclü ola bilər. Çünki əgər dünya iqtisadiyyatı indiki imkanlardan istifadə edərək böhranla “bacara bilmirsə”, deməli böhran daha kəskindir. Hadisələr isə maksimal pessimist ssenari ilə inkişaf edir, çünki dünya iqtisadi artıq böhranı üçüncü fazaya keçib.

Dünyanın ən iri investisiya banklarından biri olan “Goldman Sachs”ın analitiklərin tədqiqatına əsasən, hazırda dünyada iqtisadi böhranın üçüncü fazası inkişaf edir və bu faza inkişafda olan ölkələri əhatə edir. Qısaca, böhranın inkişaf mərhələləri aşağıdakı kimi olub:

  1. Yeddi il əvvəl ABŞ-da ipoteka böhranı başlayıb;
  2. Böhran bank sisteminə, daha sonra bütün maliyyə sisteminə keçib;
  3. Proses tədricən bütün dünyaya yayılıb və ikinci dalğa Avropada suveren borclar böhranı ilə xarakterizə olunub;
  4. Ölkələr xarici borcları idarə etməkdə çətinlik çəkib, bir sıra ölkələr iflic vəziyyətinə düşüb.

Belə olan halda heç bir iqtisadi inkişafda söhbət belə gedə bilməzdi və dövlətlər, ilk növbədə isə ABŞ və Avrozona ölkələri xilasetmə tədbirlərinə əl atmağa başlamışdı. Bu tədbirlər sırasında ilk növbədə iqtisadi canlanmanı yaratmaq üçün inkişaf etmiş ölkələrin mərkəzi banklarının faiz dərəcələrinin aşağı saldığını qeyd etmək lazımdır.

Nəticədə bəzi ölkələrdə, ilk növbədə ABŞ-da və aparıcı Avropa ölkələrində mərkəzi faiz dərəcələri rekord səviyyədə aşağı salınıb. Bu isə öz növbəsində, idarə olunan emissiya siyasəti, sahibkarlığın dəstəklənməsi proqramları və daxili istehsalın stimullaşdırılması proqramları ilə birlikdə öz nəticəsini verib. ABŞ-da artıq iqtisadi canlanma formalaşıb, lakin ölkənin iqtisadi rəhbərliyi faiz dərəcələrini hələlik əvvəlki səviyyəyə qaytarmağa tələsmir. Çünki indiki inkişaf əlamətləri hələ də çox zəifdir.

Ən sərfəli kredit üçün müraciət et

Avropada isə vəziyyət birmənalı deyil, çünki ölkələrin iqtisadiyyatları fərqli şəraitdədir ki, nəticədə iqtisadiyyatın bərpası fərqli sürətlə gedir. Amma hər halda bərpa prosesi fərqli də olsa, getməkdədir. Və ssenari üzrə, böhran xammal sahəsinə keçib ki, bu da ilk növbədə ən böyük zərbəni inkişafda olan ölkələrə vurub.

Faktiki olaraq ilk iki fazada inkişaf etmiş ölkələrdə faiz dərəcələrin aşağı düşməsi onların maliyyə bazarlarını investorlar üçün maraqsız edib və onlar inkişafda olan ölkələrə üz tutublar. Hazırda inkişaf etmiş ölkələrdə tədricən canlanma tendensiyaları müşahidə olunur və nəticədə maliyyə bazarlarında artım trendi yaranmaqdadır. Bu səbəbdən investorlar qayıtmağa başlayır ki, bu da inkişafda olan bazarları daha pis vəziyyətə salır. Bu hal ən neqativ formada Çində müşahidə olunub, bu ölkədə iqtisadi artım tempi son zamanlarda ilk dəfə olaraq azalıb. Ölkə hökuməti maliyyə sistemində tarazlaşma yaratmaq üçün milli valyutasını devalvasiya edib, lakin problemlərin makroxarakter daşıdığını nəzərə alsaq, vəziyyəti devalvasiya ilə düzəltməyin mümkünlüyünə çox az adam inanır. Paralel olaraq neftin ucuzlaşması baş verib ki, bu da inkişafda olan ölkələrinin vəziyyətini daha da kəskinləşdirir.

Ümumiyyətlə, böhranın üçüncü dalğası xammalın, xüsusən neftin aşağı qiymətləri, Çində iqtisadi artım tempinin azalması və dünyada deflyasiya prosesləri ilə xarakterizə edilir. Lakin əsas problem ondan ibarətdir ki, böhranın fazaları bir-biri ilə əlaqəlidir ki, bu da sağlamlaşmaya mane olur. Belə ki, 2010-2011-ci illərdə Avropada borc böhranı ABŞ-ın iqtisadiyyatının bərpasını ən azı iki il “təxirə salıb”, indi isə inkişafda olan iqtisadiyyatlarda yaranan problemlər Avropanın borc böhranından “qurtarmasına” mane olacaq.

 

 

Vahab Rzayev

APA Analitik Mərkəzi

 

 

Davamı 

Ən sərfəli krediti almaq üçün müraciət et