Təsadüfən tapılıb: Hərracda 9,1 milyon dollara satılıdı | Banco.az

Təsadüfən tapılıb: Hərracda 9,1 milyon dollara satılıdı

Müəllif: Gülnar Əhmədli, Banco.az

1939-cu ilin orijinal "Supermen" komiksi ABŞ-da hərracda 9,12 milyon dollara satılıb. Komiks Şimali Kaliforniyada bir evin damında tapılıb.

Banco.az xəbər verir ki, "Heritage Auctions" saytında verilən açıqlamaya görə, komiks bir komiks üçün ödənilən ən yüksək qiymət rekordunu qırıb. Belə ki, əvvəlki rekord 6 milyon dollar idi.

Sayt bunu "komiks kolleksiyaçılarının zirvəsi" kimi təsvir edib və komiksin müstəsna dərəcədə yaxşı qorunan bir nüsxə olduğunu qeyd edib.

Beynəlxalq komiks sənayesində köhnə, yaxşı qorunub saxlanılan nüsxələri tapmaq çox çətin olur və buna görə də yüksək qiymətlərə satıla bilir. Bu satış kolleksiyaçılar üçün əhəmiyyətli bir mərhələ hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram