Trampın Miladdan əvvəl yeni Fed sədrini açıqlayacağı gözlənilir | Banco.az

Trampın Miladdan əvvəl yeni Fed sədrini açıqlayacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın Xəzinə naziri Skott Bessent Prezident Donald Trampın Miladdan əvvəl ABŞ Federal Ehtiyat Sistemi (Fed) sədrliyinə dair açıqlama vermə ehtimalının yüksək olduğunu bildirib.

Banco.az xəbər verir ki, Bessent iştirak etdiyi televiziya proqramında vəzifə müddəti 2026-cı ilin mayında başa çatacaq mövcud Fed sədri Cerom Pauellin yerinə keçməsi mümkün olan namizədlərlə aparılan müzakirələrə dair fikirlərini bölüşüb.

O, bu gün ikinci tur çərçivəsində son görüşməni keçirəcəyini qeyd edərək, beş güclü namizədin olduğunu və bütün namizədlərin onda müsbət təəssürat yaratdığını deyib. Bessent Fed-in artıq çox mürəkkəb bir quruma çevrildiyini və yalnız pul siyasətini müəyyənləşdirməklə məhdudlaşmadığını vurğulayıb.

Fed sədri vəzifəsinə namizədlərin ABŞ xalqını və iqtisadiyyatını qoruma yanaşmasının, həmçinin inflyasiya və məşğulluq hədəflərinə baxışlarının mühüm meyar olduğunu qeyd edən Bessent, belə deyib: “Məncə, işləri bir az sadələşdirməliyik. Fed-in əvvəlki kimi bir az arxa plana çəkilib, vəziyyəti sakitləşdirib Amerika xalqı üçün işləməsinin vaxtı çatıb.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram