ABŞ-da mənzil qiymətlərinin artımı sürətini itirir | Banco.az

ABŞ-da mənzil qiymətlərinin artımı sürətini itirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da S&P CoreLogic Case-Shiller Milli Mənzil Qiymət İndeksi sentyabr ayında illik əsasda 1,3 faiz artaraq ölkədə mənzil qiymətlərindəki artım tempinin zəifləməyə davam etdiyini göstərib.

Banco.az xəbər verir ki, S&P Dow Jones Indices sentyabr ayına dair milli mənzil qiymətləri indeksinin nəticələrini açıqlayıb.

Açıqlamaya əsasən, ABŞ-da milli mənzil qiymətləri indeksi sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz yüksəlib.

Bu göstərici, mənzil qiymətlərində artım tempinin zəifləməsinin davam etdiyini nümayiş etdirir. Avqust ayında isə indeks illik müqayisədə 1,4 faiz artmışdı.

ABŞ-ın 20 ən böyük şəhərini əhatə edən mənzil qiymətləri indeksi də sentyabrda ötən ilin eyni ayına nəzərən 1,4 faiz artıb. Bu artım bazar gözləntiləri ilə uyğun olub və avqustda 1,6 faiz səviyyəsində idi.

İndeksə daxil edilən 20 şəhər arasında mənzil qiymətlərinin illik artım tempinin ən yüksək olduğu şəhər Çikaqo olub. Çikaqoda qiymətlər bu dövrdə illik əsasda 5,5 faiz yüksəlib.

Çikaqodan sonra ən yüksək artım qeydə alınan şəhərlər Nyu-York (5,2 faiz artım) və Boston (4,1 faiz artım) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram