Azərbaycan banklarının "Black Friday" endirimləri | Banco.az

Azərbaycan banklarının "Black Friday" endirimləri

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları "Black Friday" endirim günü münasibəti ilə öz kampaniyalarını açıqlayıblar.

Rabitəbank

Bank müştərilərinə "Green Friday" fürsəti yaradıb. Belə ki, cəmi 3 gün 9.5%-dən başlayan faizlərlə 50 000 AZN-dək nağd pul krediti əldə edə biləcəksiniz. Kampaniya 26, 27, 28 noyabr tarixlərində keçərlidir.

Yelo Bank

1. Yelo Invest-də "Black Friday" fürsəti var. Noyabr ayının sonunadək Yelo invest ilə 10 USD-dən yuxarı istənilən səhm və ETF alış əməliyyatı komissiyasızdır. Tətbiqdə cəmi 5 dəqiqəyə investisiya hesabı açıb səhm dünyasına rahat addım ata bilərsiniz. 

2. Bank "Black Friday"a özəl 5% keşbek təqdim edib. “Black Friday Special” kateqoriyasına OZON, Temu, Amazon, Trendyol və Shein marketplace-lərində aparılan əməliyyatlar aiddir.

Maksimal keşbek: 30 AZN. 

Bank Respublika

NeoKart sahibləri "Black Friday"də 5% keşbek qazanacaq. Belə ki, 27–29 noyabrda Trendyol, Aliexpress, Wildberries, Ozon və Joom-da ödənişlərinizi Neokart ilə edərək 5% keşbek qazana bilərsiniz. 

Maksimal keşbek: 50 AZN. Mobil Şöbə tətbiqində kateqoriya seçimi şərtdir.

Kapital Bank

Bankda 30 noyabr tarixinədək Birbank taksit kartları ilə partnyorlarda ödənişlər 70%-dək endirim qazandırır. Üstəlik məbləği 24 ayadək bölərək hissə-hissə ödəmək mümkündür.

Ətraflı məlumat üçün: www.b-b.az/tkpk

Unibank

1. Unibank 27, 28 və 29 noyabr tarixlərini əhatə edən “Qara Cümə” günləri çərçivəsində müştərilərə xüsusi şərtlərlə bir sıra sərfəli təkliflər təqdim edir. Kampaniya müddətində həm nağd kredit, həm premium kart, həm də UCard üstünlükləri üzrə xüsusi imkanlar təqdim olunur.

Belə ki, krediti 0%-lə 9.5%-dən başlayan faizlərlə əldə edə bilərsiniz. 

Krediti onlayn sifariş etmək üçün keçid: https://unbk.az/nagdkredit

2. Bankda Mastercard Black Edition kartları üçün yalnız 28 noyabr üçün xüsusi təklif də var.

28 noyabr tarixində premium kart istəyən müştəriləri iki fərqli imtiyaz gözləyir:

  • 3 illik kart xidmət haqqına 50% endirim,
    və ya
  • 5000 AZN ilkin mədaxil ilə tam pulsuz kart.

Mastercard Black Edition istifadəçilər üçün geniş premium üstünlüklər təqdim edən kartdır.

3. Bankda həmçinin, UCard-la super alış-veriş imkanı var.

Kampaniya çərçivəsində UCard istifadəçiləri üçün əlavə üstünlüklər də qüvvədədir:

  • Partnyor mağazalarda 18 ay faizsiz taksit,
  • Unibank kartları ilə edilən ödənişlərdə 15%-dək keşbek.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram