Qış vaxtına keçidin iqtisadi təsirləri | Banco.az

Qış vaxtına keçidin iqtisadi təsirləri

Azərbaycan Oktyabrın 26-da  qış vaxtına keçəcək.

Bu barədə Dövlət Standartlaşma, Meterologiya və Patenit Agentliyindən məlumat verilib. Agentlikdən verilən xəbərə görə, bu ayın sonuncu bazar günü, yəni oktyabrın 26-də Azərbaycanda qış vaxtına keçid olacaq.

Həmin tarixdə gecə saat 5:00-da saatın əqrəbləri bir saat geri çəkiləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 17 mart 1997-ci il qərarı ilə Azərbaycanda hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan Respublikası ərazisində yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Avropa Birliyi ölkələri və ABŞ-ın əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniya çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Yay vaxtına keçid Azərbaycanda Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Lakin bəzi səbəblərdən Çin, Yaponiya, Cənubi Koreya, İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna və s. ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib.

Həmçinin qonşu Rusiya da 2011-ci ildən etibarən yay və qış vaxtına keçiddən imtina edib. Əslində mütəxəssislər bu addımı Rusiyanın Asiya ölkələri ilə yaxınlaşmaq istəyindən irəli gəldiyini söyləyir. Amma ictimaiyyətə bu həm də başqa cür çatdırılır.

Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbli ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. Dünyanın müxtəlif ölkələrində aparılan elmi araşdırmalar və həkim rəyləri sübut edir ki, saat əqrəblərinin irəli-geri çəkilməsi insanların səhhəti ilə bağlı müəyyən problemlər yaradır. 

Həkimlər isə saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir. Lakin bu təsir bir o qədər də böyük deyil. İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejiminlərini korrektə etsə və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsa, bu təsiri minimuma endirə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et