Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən 01 İYUN 2022-ci il tarixində Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə növbəti imtahan keçirildi.
“Bakı Biznes və Kooperasiya” kollecinin sığorta sahəsi üzrə təhsil alan tələbələrinin iştirakı ilə keçirilən “Sığorta işi üzrə qanunvericilik” (PSS 1.3) imtahanında tələbə namizədlər ELNARƏ AĞABƏYLI (87%), RENATA YASINOVA (85%) və AİDA BABAYEVA (78 %) qeyd edilən səviyyə üzrə imtahanı müvəffəqiyyətlə keçmişdirlər.
Qeyd etmək istərdik ki, PSS imtahanının maksimum göstəricisi 100 % , keçid balı isə 70%-dir.
Sertifikasiya proqramının hədəf auditoriyası - sığorta şirkətlərinin əməkdaşları, fərdi sığorta agentləri və mütəxəssisləri, karyerasını sığorta sahəsində qurmaq istəyən ali təhsilli şəxslər və sığorta sahəsinə marağı olan tələbələrdir.
Bizi sosial şəbəkələrdən izləyin!!