Şirkətdən, "Banco.az"a daxil olan məlumata görə, PAŞA Sığorta şirkətinin İdarə Heyətinin üzvlərində dəyişiklik baş vermişdir.
Linkdən yenilənmiş məlumatla tanış ola bilərsiniz.
Əli Feliks oğlu Bayramov İdarə Heyəti Sədrinin birinci müavini, Tural Qurban oğlu Əliyev isə İdarə Heyəti Sədrinin müavini təyin edilmişlər.
İdarə Heyətinin yeni üzvləri Murad Hüseyn oğlu Süleymanov və Aygün Rüstəm qızı Məlikova təyin olunmuşlar. Murad Hüseyn oğlu Süleymanov Maliyyə bloku üzrə, Aygün Rüstəm qızı Məlikova isə Texniki blok üzrə İdarə Heyətin hal hazırdakı üzvləridilər.