Ötən il "Ziraat Bank Azərbaycan"ın kredit və depozit portfeli artıb | Banco.az

Ötən il "Ziraat Bank Azərbaycan"ın kredit və depozit portfeli artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Ziraat Bank Azərbaycan" 2024-cü ildə 14 milyon 504 min manat xalis mənfəət əldə edib. Bu, 2023-ci ilə nisbətən 5 milyon 992 min manat və ya 70,4% çoxdur.

Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə "Ziraat Bank Azərbaycan"ın aktivləri 284 milyon 441 min manat və ya 44,7% artaraq 921 milyon 125 min manatı ötüb.

Hesabat ilində bankın kredit portfeli də illik müqayisədə 138 milyon 771 min manat və ya 35,5% artaraq 530 milyon manata yaxınlaşıb. Bankın depozit portfeli isə 565 milyon manatı ötüb ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 37,5% və ya 154 milyon 232 min manat artımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram