2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7% azalaraq 47 milyard 612.1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Son bir ildə ölkə üzrə ixrac 21.7% azalaraq 26 milyard 554 milyon ABŞ dolları, idxal isə 21.8% artaraq 21 milyard 58 milyon ABŞ dolları təşkil edib.
Xarici ticarət dövriyyəsinə 5 mlrd. 496 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə azdır.