Azərbaycanda fəaliyyət göstərən 30 bank ötən il 279,4 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 520,126 milyon manat məbləğində nizamnamə kapitalının 6,2%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2018-ci ildən mənfəətlə çıxmış 25 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 43,4%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 5-ci bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) tutub. Bu bank ötən il nizamnamə kapitalının 34,3%-i qədər mənfəət əldə edib. Qeyd edək ki, ABB kapitalının məbləğinə görə, ölkədə liderdir.
3-cü yerə isə 30,8%-lik göstərici ilə "AFB Bank" ASC çıxıb. Xatırladaq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, Azərbaycanda 17-cidir.
Mənfəətlə işləmiş qalan 22 bankdan 5-də sözügedən göstərici 10-25% arasında, 13 bankda 1-10% arasında, 4 bankda isə 0-1% arasında dəyişir.
|
№ |
Bankın adı |
Bankın illik mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
|
1 |
Kapital Bank |
43,4% |
|
2 |
Azərbaycan Beynəlxalq Bankı |
34,3% |
|
3 |
AFB Bank |
30,8% |
|
4 |
Unibank |
24,1% |
|
5 |
PAŞA Bank |
23,1% |
|
6 |
Premium Bank |
15,4% |
|
7 |
Xalq Bank |
12,3% |
|
8 |
Bank Avrasiya |
10,4% |
|
9 |
Yapı Kredi Bank Azərbaycan |
9,7% |
|
10 |
Naxçıvan Bank |
8,0% |
|
11 |
Azərbaycan Sənaye Bankı |
6,6% |
|
12 |
Bank of Baku |
6,6% |
|
13 |
AGBank |
5,2% |
|
14 |
Rabitəbank |
3,1% |
|
15 |
Bank Respublika |
2,9% |
|
16 |
İran Milli Bankı - Bakı |
2,9% |
|
17 |
Zıraat Bank Azərbaycan |
2,8% |
|
18 |
Günay Bank |
2,0% |
|
19 |
NBC Bank |
1,8% |
|
20 |
Muğan Bank |
1,5% |
|
21 |
Bank BTB |
1,1% |
|
22 |
Azər-Türk Bank |
0,3% |
|
23 |
Turan Bank |
0,1% |
|
24 |
Atabank |
0,1% |
|
25 |
Pakistan Milli Bankı - Bakı |
0,0% |
|
26 |
"Access Bank" |
-11,1% |
|
27 |
Express Bank |
-17,3% |
|
28 |
Amrah Bank |
-31,5% |
|
29 |
Nikoyl Bank |
-38,9% |
|
30 |
Bank VTB Azərbaycan |
-79,3% |
Renkinq.az
