Nikola Teslanın yerdənkənar sivilizasiyalara dair məktubu 40 min dollara satışa çıxarılıb | Banco.az

Nikola Teslanın yerdənkənar sivilizasiyalara dair məktubu 40 min dollara satışa çıxarılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Serbiyalı fizik Nikola Teslanın yerdənkənar sivilizasiyalara dair məktubu 40 min dollara hərraca çıxarılıb.

Banco.az xəbər verir ki, hərrac iyulun 25-də “Heritage Auctions” evində keçiriləcək.

Məktub “Universal Pictures”in həmtəsisçisi Karl Lemmlə ünvanlanıb. Nikola məktubunda kainatda ağıllı və yerdənkənar həyatın olma ehtimalını irəli sürür və qeyd edir: “Mənim ixtiralarım sayəsində artıq minlərlə işıq ili məsafələrə xeyli miqdarda enerji ötürmək mümkündür”.

Qeyd edək ki, eyni kolleksiyada məşhur yazıçıların, rəssamların və musiqiçilərin məktubları, kitabları və eskizləri hərraca çıxarılıb. Onların arasında Albert Eynşteynin, Rinqo Starrın və Oqust Renuarın məktubları yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram