"Netflix"də yayımlanan ən bəyənilən YENİ İL FİLMLƏRİ | Banco.az

"Netflix"də yayımlanan ən bəyənilən YENİ İL FİLMLƏRİ

Tamara Mustafayeva, Banco.az

Gəldik ilin ən səbirsizliklə gözlədiyimiz ayının əsas gününə. Axır ki, yeni ilin astanasında olduğumuzu deyə bilərik. Adətən hər il bu günlərdə müxtəlif bayram və tətil planları qurmağa başlasaq da, bu il məlum səbəblərdən vaxtımızın əksər hissəsini evdə keçirməli olmuşuq. Bəs o halda evdə ailə üzvləri və ya dostlarla, ya da tək başına izləyə biləcəyiniz bir-birindən maraqlı Yeni il filmlərinin siyahısını hazırlamısınızmı? Əgər cavabınız müsbət deyilsə, o halda sizin üçün araşdırdığımız filmlərlə tanış olun. Xatırladaq ki, məqalədəki bütün filmlər Yeni il ruhunu ən gözəl çalarları ilə hiss edəcəyiniz, Netflix platformasında yayımlanan son illərin ən bəyənilən Yeni il filmləridir.

1. A Christmas Prince

Netflix Yeni il filmləri

Buraxılış ili: 17 Noyabr, 2017

Ölkə: ABŞ

Rejissor: Alex Zamm

Karyerasında yüksəlməyə çalışan istedadlı jurnalist Əmber Mur Milad bayramından bir neçə gün əvvəl ölkə xaricinə, Aldovia vilayətinə yaxın günlərdə tac qoyma mərasimi keçiriləcək və atasının vəfatı səbəbilə taxta çıxacaq şahzadə Riçard tərəfindən təşkil edilən mətbuat konfransını işıqlandırmaq üçün göndərilir.

Qeyd: Filmi çox sevsəniz, sizə şad xəbər - filmin "A Christmas Prince: The Royal Wedding" adlı ikinci və "A Christmas Prince: The Royal Baby" adlı üçüncü hissələri də yayımlanıb. 

2. The Princess Switch

Image result for christmas the princess switch"

Buraxılış ili: 16 Noyabr, 2018

Ölkə: ABŞ 

Rejissor: Michael Rohl

Milad bayramından bir həftə əvvəl gənc hersoginya xarici görünüşcə ona bənzəyən Çikaqodan olan sadə bir qadınla öz yerini dəyişir və onların yeni həyatı əsl sevgininin də qapısını açır. 

Qeyd edək ki, filmin "The Princess Switch: Switched Again" adlı ikinci hissəsi də yenicə Netflix kataloquna əlavə edilib.

3. The Holiday

Netflix yeni il filmleri

Buraxılış ili: 29 Noyabr, 2006

Ölkə: Birləşmiş Krallıq, ABŞ

Rejissor: Nancy Meyers

İki qadın, iki fərqli ölkə və qarışıq münasibətlər. Kameron Diaz (Cameron Diaz), Cud Lou (Jude Law), Keyt Vinslet (Kate Winslet) və Jack Black kimi simaların baş rolunda olduğu film sevgi həyatları səbəbilə özünü xoşbəxt hiss etməyən iki qadının Yeni il tətili üçün İngiltərənin kiçik bir qəsəbəsində və Los-Ancelesdə yerləşən evlərini dəyişdirməsi ilə başlayır.

4. The Christmas Chronicles

Image result for the christmas chronicles"

Buraxılış ili: 22 Noyabr, 2018

Ölkə: ABŞ

Rejissor: Clay Kaytis

Bacı-qardaş olan Keyt və Teddi Milad bayramı ərəfəsində Şaxta Babanı görə bilmək üçün plan qururlar. Plan istədikləri kimi getmədikdə isə gecikmədən bayramı xilas etmək üçün Saint Nick və onun elfləri ilə güclərini birləşdirirlər.

Böyük uğura imza atan bu filmin də ikinci hissəsi - "The Christmas Chronicles 2" artıq yayımlanıb.

5. Christmas Inheritance

Image result for christmas inheritance"

Buraxılış ili: 15 Dekabr, 2017

Ölkə: ABŞ

Rejissor: Ernie Barbarash

Şöhrətpərəst və iddialı varis Elen Langford atasının biznesini təhvil ala bilməsi üçün xüsusi Milad təbrikini onun keçmiş şərikinə çatdırmalıdır. Bunun üçün isə tanımadığı "Snow Falls" qəsəbəsinə getməli olur. Səfəri əsnasında qar tufanı ilə üzləşən və qaldığı oteldən çıxa bilməyən qadın burada əsl Milad sehrini tapır.

6. The Knight Before Christmas

Image result for The Knight Before Christmas"

Buraxılış ili: 21 Noyabr, 2019

Ölkə: ABŞ

Rejissor: Monika Mitchell

Orta əsrlərdən gələn cəngavər bu günün reallığında sevgiyə ümidi olmayan orta məktəb müəlliminə aşiq olur. Bəs zaman və məkan fərqi əsl sevgi üçün maneədirmi?

7. Christmas Wedding Planner

Image result for Christmas Wedding Planner"

Buraxılış ili: Dekabr, 2017

Ölkə: Kanada

Rejissor: Justin G. Dyck

Toy təşkilatçılığı ilə məşğul olan bir qadın bu dəfə öz əmisi qızının təmtəraqlı və xariquladə toyu üçün hazırlıqlar ərəfəsində ikən bütün planlarının yaraşıqlı gənc özəl xəfiyyə tərəfindən pozulmaq üzrə olduğundan xəbərsizdir.

8. The Holiday Calendar

Image result for The Holiday Calendar"

Buraxılış ili: 2 Noyabr, 2018

Ölkə: ABŞ

Rejissor: Bradley Walsh

Milad ərəfəsi gənc fotoqraf qadına ona gələcəyindən və həyatının sevgisindən xəbər verən əntiq Advent təqdimi miras qalır.

9. A Wish for Christmas

Image result for A Wish for Christmas"

Buraxılış ili: 29 oktyabr, 2016

Ölkə: ABŞ

Rejissor: Christie Will

Milad bayramı təşəbbüsü üçün möhtəşəm ideyası oğurlanan Sara həmin əsnada iş başındadır. Bunun ardınca o, Şaxta Babadan özünü müdafiə edə bilməsi üçün cəsarət istəyir və ona düşündüklərini qorxusuzca dilə gətirməyi öyrənmək üçün 48 saat verilir.

Ən sərfəli kredit üçün müraciət et

10. Jingle Jangle: A Christmas Journey

Buraxılış ili: 6 dekabr, 2020

Ölkə: ABŞ

Rejissor: David E. Talbert

Bir vaxtlar əyləncəli və gümrah olan oyuncaq ustası köməkçisinin xəyanətindən sonra əvvəlki həyat enerjisini itirir. Günlərin bir günü nəvəsinin ziyarəti ilə həyatında yeni ümid işığı yaranır. Yeni ilin sehrinə inananları bu filmin sirli və möcüzəli dünyasına dəvət edirik.

11. A California Christmas

Buraxılış ili: 14 dekabr, 2020

Ölkə: ABŞ

Rejissor: Shaun Paul Piccinino

Yeni il filmləri dedikdə adətən ilk ağlımıza gələn soyuq hava, qarla örtülmüş ağappaq yollar, qalın geyinmiş insanlar, elə deyilmi? Gəlin bu dəfə vərdişimizi bir qədər dəyişək və yeni ili həyatı boyunca qar görməmiş insanların yaşadığı yerlərin isti bayram abu-havası ilə qarşılayaq. Beləliklə, siyahının növbəti filmi qayğısız həyat sürən milyonçu cavan oğlanı yeni il ərəfəsində satın almağa çalışdığı fermada həyatın əsas mahiyyətini dərk etməsinə aparan hadisələrdən bəhs edir.

12. Angela's Christmas

Buraxılış ili: 8 dekabr, 2017

Ölkə: İrlandiya, Kanada

Rejissor: Damien O'Connor

Animasiya həvəskarlarının böyük maraqla izləyəcəyinə inandığımız bu filmdə Milad ərəfəsi ailəsi ilə birlikdə kilsəyə gedən Anjela reallaşdırmağa çalışdığı qeyri-adi ideyası ilə qəlblərimizi isidəcək.

Əgər marağınıza səbəb olsa, animasiyanın yenicə çəkilmiş “Angela's Christmas Wish” adlı ikinci hissəsini də izləyə bilərsiniz.

13. Holidate

Holidate | Netflix Official Site

Buraxılış ili: 28 oktyabr, 2020

Ölkə: ABŞ

Rejissor: John Whitesell

Bayram şənliklərində, ailə dəvətlərində, dost məclislərində subay iştirak etməkdən bezən qəhrəmanlarımız il boyu bütün xüsusi günlərdə cütlük kimi davranacaqlarına dair razılığa gəlirlər. Bəs ətrafdakıları inandırmağa çalışarkən əsl hisslər qapını döysə, necə?

14. Midnight at the Magnolia

Buraxılış ili: 5 noyabr, 2020

Ölkə: ABŞ

Rejissor: Max McGuire

Uşaqlıq dostu olan Megi və Cek yerli radioların birində aparıcı işləyirlər. Uzun müddətdir ki, dinləyicilərin sevimlisinə çevrilmiş radio şoularını ölkə miqyasında tanıtmaq üçün qeyri-adi üsula əl atan cütlük bu müddət ərzində çoxdan unudulmuş hisslər və qırılmaz bağlarla sınağa çəkiləcəklər.

15. Klaus

Yeni il filmləri

Buraxılış ili: 8 noyabr, 2019

Ölkə: İspaniya

Rejissor: Sergio Pablos

Siyahının növbəti filmi ən yaxşı animasiya kateqoriyası üzrə Oskar namizədi olmuş "Klaus" filmidir. Film eqoist poçtalyon ilə tənha oyuncaq ustası arasında gözlənilmədən yaranan dostluq əlaqəsinin soyuq və qaranlıq bir qəsəbəyə hər kəsin ehtiyacı olan sevinc və nəşə gətirməsindən bəhs edir.

16. Elf

Elf

Buraxılış ili: 9 oktyabr, 2003

Ölkə: ABŞ

Rejissor: Jon Favreao

Yeni il axşamı doyunca gülmək istəyirsinizsə, “Elf” sizin üçün ən ideal seçimdir. Əsl ailəsini axtarmaq üçün Şimal Qütbündən Nyu Yorka gələn Buddy-nin macəralarını izləyəcəyiniz bu filmdə baş rolun ifaçısı komediya ustası Will Ferrell sizi yenə də güldürməyə nail olacaq.

17. New Year's Eve

Netflix yeni il filmləri

Buraxılış ili: 5 dekabr, 2011

Ölkə: ABŞ

Rejissor: Garry Marshall

Robert De Niro, Zak Efron (Zac Efron), Mişel Pfayfer (Michelle Pheiffer), Eşton Kutçer (Ashton Kutcher) və daha bir çox tanınmış simaya rast gələcəyiniz bu film hər kəsin zövqünə uyğun yeni il filmidir. İlin son gecəsində Nyu Yorkda yaşanılan bir çox fərqli əhvalatı ekrana gətirən filmdə yeni ilin ilk dəqiqəsini birlikdə keçirəcəyin insanın nə üçün bu qədər əhəmiyyətli olması ən yaxşı şəkildə göstərilir.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz ən yaxşı YENİ İL FİLMLƏRİ

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et