Müsahibədə soruşmalı olduğunuz ən vacib sual nədir? | Banco.az

Müsahibədə soruşmalı olduğunuz ən vacib sual nədir?

Hər iş görüşməsi stressə səbəb olur. Çox vaxt bütün sualları necə doğru cavablayacağınızı ya da var olan rəqabətdə önə çıxa bilmək üçün hansı sualları soruşmanız lazım olduğunu bilmirsiniz.

Bu çətinliklərdən birincisinə qarşı müvəffəqiyyətə çatmağınız ümumi olaraq baş vurduğunuz sahəyə bağlıdır. Ancaq ikinci qismdə müvəffəqiyyət əldə edə bilmək üçün kiçik bir tövsiyəyə ehtiyacınız ola bilər.
İş görüşməsində işəgötürən və siz ortaq bir məqsədə sahibsiniz: sizə təqdim edilən işdə birlikdə faydalı bir şəkildə çalışıb çalışamayacağınızı anlamaq.
Belə ki, sizdən soruşulan suallara cavab verərkən hər daim həm özünüzdən, həm də qarşınızdakından soruşmalı olduğunuz bir kilid sual var:

"Bu mövqedə kim müvəffəqiyyətli olur?" Bu cümləni başqa bir şəkildə ifadə edəcək olsaq: "Bu mövqe üçün müvəffəqiyyəti necə ifadə edirsiniz?"

Bu sual sizə mövqe haqqında "daxili məlumatı" və görüşü edən adamın şirkət haqqındakı dünyagörüşünü verəcək. Belə ki bu məlumatı nə internetdə nə də iş haqqında məlumatda tapa bilərsiniz.

Bu problemin cavabı sizə aşağıdakı mövzular haqqında qiymətsiz məlumatlar verə bilər:

Ən sərfəli kredit üçün müraciət et

  • İşin tələb etdiyi müəyyən qabiliyyətlər;
  • İşin prioritetləri (ən çox vaxt ayıracağınız və diqqət edəcəyiniz mövzular nələrdir?);
  • İşi əldə tutmaq və işdə daha yaxşı olmaq üçün sahiblənmək lazım olan strategiya;
  • Çalışacağınız şirkətin mədəniyyəti, iş etikası və stili.

Əgər bu sualı soruşsanız, sizin gələcək müdiriniz bütün detalları və nüansları bilmək istədiyiniz üçün bu işi ciddi qəbul etdiyiniz görəcəkdir. Bunun qarşılığında isə siz gələcək müdiriniz ya da görüşü davam etdirən iş yoldaşınlz ilə ünsiyyət qurmanın nə qədər asan olduğunu görəcəksiniz.

Unutmayın işiniz sizin ən çox vaxt keçirdiyiniz yerdir. Bu səbəblə özünüzü orada ola bildiyincə rahat və xoşbəxt hiss etməniz çox əhəmiyyətlidir. Bu sual ilə atacağınız ilk addımdan sonra doğru qərarı verdiyinizi görəcəksiniz.