Müəllif - Aida İsaq, Banco.az
Dünyanın ən böyük konteyner daşıyıcısı "Maersk"in Rusiyadakı törəmə şirkəti fəaliyyətini dayandırır.
Banco.az xəbər verir ki, kreditorların tələblərinə ləğvetmə haqqında bildirişin dərc edildiyi gündən sonra iki ay ərzində nəzər yetirilə bilər.
Qeyd edək ki, Danimarkanın gəmiçilik və logistika şirkəti "A. P. Moller - Maersk" 1904-cü ildə Danimarkanın Svendborq şəhərində yaradılmışdır. 130 ölkədə fəaliyyət göstərən yük daşıyıcısının işçi heyəti 100 min nəfərdən çoxdur.
Mart ayında "Maersk" Rusiyadakı fəaliyyətini dayandırdığını və yerli aktivlərin satışı ilə bağlı məlumat yaydı. Avqustun sonundaisə şirkət Rusiya bazarını tamamilə tərk etdi.
Bizi sosial şəbəkələrdən izləyin!!