Mərkəzi Bankın sədri: Manatın dəyər itirməsi ilə bağlı fikirlə razılaşa bilmərəm | Banco.az

Mərkəzi Bankın sədri: Manatın dəyər itirməsi ilə bağlı fikirlə razılaşa bilmərəm

Əhalinin nominal gəlirlərinə baxdıqda manatın dəyər itirməsi ilə bağlı fikirlə razılaşa bilmərəm.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov qeyd edib ki, banklararası bazar yaradılmasına 1 il ərzində nail olublar: “Bu, çox böyük nailiyyətdir. Bunun nəticəsi olaraq pul bazarı artıb. Bank olmayan təşkilatların arasında əməliyyatlar pul bazarı nöqteyi-nəzərindən kəskin artıb. Bu bizim üçün böyük fürsət idi ki, sistemli şəkildə izafi pul kütləsini sterilizasiya edək. Biz 4 milyardadək pul sterilizasiya etdik. Bizim məqsədimiz izafi tələbi məhdudlaşdırmaq idi. Real sektorun maliyyələşdirilməsi nöqteyi-nəzərinə gəldikdə, maya dəyəri nöqteyi-nəzərindən təmərküzləşmə mövcuddur. Biz təmərküzləşmə ilə mübarizə aparırıq. Ümidvaram ki, növbəti addımlarımızı görəndə başa düşəcəksiniz ki, bu bizim üçün prioritet sahədir. Bizim bu gün banklararası bazarda 2 milyarda yaxın sərbəst vəsait var. Büdcə xərclərinin artırılması ilə bank kreditləşməsi azalır və ya əksinə. Bunu illər üzrə bölsək görərik. Ona görə də uçot dərəcəsini azaldırıq”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 
 

Ən sərfəli krediti almaq üçün müraciət et