Manat dollara qarşı dəyər itirən yeganə valyuta deyil – Araşdırma | Banco.az

Manat dollara qarşı dəyər itirən yeganə valyuta deyil – Araşdırma

Ölkəmizdə baş verən devalvasiyalar, manatın davam edən dəyər itkisi hal-hazırda hər kəsin diqqət mərkəzində olan ən vacib mövzulardan biridir.

Əvvəlcə manatın tarixinə və devalvasiya tarixlərinə nəzər salaq.

Azərbaycanın milli valyutası olan manat 1992-ci il avqustun 15-dən tədavülə buraxılıb. 

2006-cı il yanvarın 1-dən Azərbaycan Mərkəzi Bankı manatın 1:5000 nisbəti ilə denominasiyasını həyata keçirdi. Köhnə əskinaslar 1 il ərzində dövriyyədən çıxarıldı, yeni dizaynlı və isitfadə müddəti daha davamlı olan manatlar əhalinin istifadəsinə verildi.

2015-cü il fevralın 21-nə kimi manat dollar və avro qarşısında stabil kursu ilə seçilirdi.

2015-ci il fevrlın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edildi və 34% ucuzlaşdırıldıqdan sonra 1 dollar 1,05 manata bərabər oldu.

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etdi. Bu qərar əslində manatın növbəti devalvasiyası idi. 21 dekabr 2015-ci il tarixindən sonra 1 dollar 1,55 manata bərabər oldu.

Hal-hazırda da manatın yumşaq devalvasiyası həyata keçirilir və bu günün rəsmi məzənnəsi ilə 1 dollar 1.7622 manatdır.

Bu haqda ekspertlər, iqtisadçılar tərəfindən daima təhlillər aparılır.

Milli valyutamızda yaranan bu ucuzlaşmanın bir sıra səbəbləri qeyd olunur ki, bunlardan ən vacibləri; neftin qiymətinin dünya bazarında ucuzlaşması, tədiyyə balansındakı kəsir, idxalın ixracdan çox olması və ölkəyə daxil olan xarici valyutanın (dolların) ölkədən çıxan xarici valyutaya (dollar) nəzərən az olması və s. kimi göstərilir.

Milli valyutamızın dollar qarşı ucuzlaşmasının, baş verən devalvasiyaların və hal-hazırda müşahidə olunan yumşaq devalvasiyanın bir digər səbəbi isə dünya bazarında dolların dəyərinin artmasıdır.

Hələ 2015-ci ilin 16 dekabrında FED-in uçot dərəcəsini artırması qərarından sonra Azərbaycanda növbəti devalvasiya baş vermişdi. 2016-cı il dekabrın 14-də FED növbəti dəfə uçot dərəcəsini qaldırdı. Bu isə bir çox ölkələrin valyutalarına təsirini göstərir.

Dolların dünya bazarında bahalaşmasından zərər görən yalnız Azərbaycan manatı deyil. Dünyanın bir sıra ölkələrinin milli valyutaları uzun müddətdir ki dəyərini itirir.

İki ildə avro 24% dəyər itirib. 

2003dən 2014-cü ilə qədər isə 11 ildə dolların dəyəri 21% artmışdı. Son 2 ildə isə dolların dəyəri 65% artıb.

Digər böyük dövlətlərin milli valyutalarında yaranan dəyər itkisi isə aşağıdakı cədvəldə göstərilmişdir.

Aşağıda göstərilən cədvəldə 2013-2016cı illər üzrə bir dolların hər bir ölkələnin milli valyutasına əsasən məzənnəsini əks etdirdik. Son 3 ildə valyutaların dollar qarşısında ucuzlaşması göz qabağındadır.

Ölkələr

May,  2013

15 dekabr, 2016

Ucuzlaşma faizi

Türkiyə (lire)

1.75

3.50

100%

Argentina (peso)

5.23

15.95

204.9%

Braziliya (real)

2

3.37

68.5%

İndoneziya (rupiah)

9.700

13.425

38.4%

Hindistan (rupi)

55

67.83

23.3%

Çili (peso)

478

664.6

39%

Rusiya (rubl)

31.5

61.6

95.5%

Cənubi Afrika (rand)

9.25

13.91

50.3%

Meksika (peso)

12.3

20.32

65.2%

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, dollar qarşısında kəskin ucuzlaşan yalnız manat deyil, dünyanın bir sıra böyük dövlətləri də milli valyutalarının dəyər itkisi ilə üzləşirlər.