Sovet dönəmində çəkilmiş əksər filmlərdə ezamiyyət və ya turist səfərləri zamanı, həmçinin gecə vaxtı şəhər gəzintisinə çıxdıqda pulların təhlükəsizliyinin qorunması üçün onları necə saxlamaq ilə bağlı çoxlu gözəl məsləhətlərə rast gəlmək mümkündür – pullar əksər hallarda ağ mələfələrə bükülü halda saxlanılırdı.
Daha sonra virtual pullar yarananda, artıq qorxmağa səbəb qalmadı – parol olmasa plastik kart heç nəyə yaramır və ondan istifadə etmək mümkünsüzdür. Lakin təhlükəsizlik səviyyəsi yüksəldikcə -cinayətkarlıq səviyyəsi də yüksəlməyə doğru gedir. İndi pulları hətta yuxuda ikən itirmək mümkündür, son nəticəni isə yalnız bank sizə xəbər verəndə öyrənəcəksiniz. Maliyyə kiber cinayətləri –bizim yemi mövzumuzdur.
Girov
Nəinki insanların özlərini, hətta onlar haqqında müəyyən informasiyaları da əsir saxlayaraq, onların müqabilində kifayət qədər sanballı məbləğdə girov istəmək mümkündür. Naməlum fırıldaqçı-cani isə məhz belə hərəkət edib, o üç İsrail bankına - Israel Discount Bank, Bank Yahav və First International Bank of Israel - belə bir məktub göndərib: ya 2013-cü ilin 29 dekabrına olan bitkoinlər, ya da 3,7 milyon istifadəçi haqqında bütün informasiya sərbəst yayımlanaraq, hakerlərin və digər cinayətə meylli şəxslərin əlinə təslim ediləcək
Həmin banklarda hesab edirlər ki, son zamanlarda təhlükəsizlik ilə bağlı heç bir problem qeydə alınmayıb və maliyyə ilə bağlı informasiya etibarlı şəkildə qorunub saxlanılır, amma cani iddia edir ki, o müəyyən bir sızma nöqtəsi taparaq, ondan yararlanmağa müvəffəq olub. Məlumatlar hüquq mühafizə orqanları tərəfindən yoxlanılır.
Görüş yerini dəyişmək olmaz
Nəinki maliyyə ilə balı məlumatları (rekvizitləri), həm də onların müştərilər tərəfindən harada istifadə olunması ilə bağlı məlumatları da satmaq mümkündür. Target ticarət şəbəkəsinin xidmətlərindən istifadə edən 40 milyona yaxın ödəniş kart sahibi də belə bir maxinasiyanın – fırıldaqçılıq halının qurbanı olub. Amerika senatorları dərhal təklif etdilər ki, öz müştərilərinin təhlükəsizliyini təmin edə bilməyən kompaniyaları cərimə etmək lazımdır.
Indiki zamanda leqal forumlarda amerikanların ödəniş məlumatları, alış-veriş etdikləri yerlər ilə bağlı informasiya almaq mümkündür , yəni onların daha çox alış veriş etməyə üstünlük verdiyi yerlər barədə informasiya işə yarayır. Belə hallarda tranzaksiyalar şübhə doğurmur və blok edilmir. Məsələn insan özü Aydoxada yaşayır, amma onun kartı çox uzaqlarda, Nitsedə istirahət edir – bank əməliyyatı blok edir və hesabın sahibi ilə əlaqə yaradır ki, hazırda onun harada olduğunu və öz pulları ilə bağlı hansı planlarının olduğunu öyrənsin. Lakin tranzaksiya onun gündəlik alış-veriş etdiyi məkanda qeydə alınarsa, bu banka şübhələnmək üçün əsas verməyəcək. Belə fırıldaqçılıq halları ilə mübarizə metodları hələ ki hazırlanma mərhələsindədi.
Şirnikləndiricilər
Kiber təhlükəsizliyin qorunması ilə məşğul olan kompaniyalar, özlərinin ictimai hesabatlarında hansı müştərilərinin hansı zəif nöqtələrə sahib olması ilə bağlı açıq informasiya verirlər. Bunu isə hərəkətə keçməyə bir çağırış kimi qəbul edənlər var, insanlar özünü nəfsdən və tamahdan saxlaya bilmir. Bu sanki hər hansı bir mənzilin açarının harada yerləşdiyini bilmək kimidir.
Bəziləri şəxsi məlumatların mühafizəsi ilə bağlı problemləri gündəmə gətirir, digərləri bezdirici maneələrin dəf edilməsi ilə bağlı bütöv bir təlimat planı hazırlayır. Bilərəkdən edilib edilməməsindən asılı olmayaraq, cinayət əməlləri cinayət olaraq qiymətləndirilir.
Fişinq
Virtual pulqabıya sahib olmağın ən sadə üsulu – müştərinin öz pulunu fırıldaqçıya verməyə məcbur etməkdir, yəni o ödənişi satıcıya deyil, bilmədən fırıldaqçıya edir. İnsan özünün şəxsi bankinq səhifəsinəd axil olmaq istəyir, amma onun əvəzində isə onun saxta versiyası işə düşür, o zahirən həmin bankın səhifəsinə bənzəyir, amma realda o deyil. Müştəri məlumatları daxil edir və bir neçə saniyədən sonra məlumatlar artıq peşəkar fırıldaqçıların əlində olur. Onlar da məlumatlar vasitəsi ilə pulu hesabdan çəkirlər.
İkinci nümunə isə sizin də hər birinizin almış olduğunuz – guya ki, ölkədəki siyasi repressiyadan əziyyət çəkən, əzabkeş Nigeriya əhlindən gələn məktublardır. Yalnız pul onların həyatını və brilyantlardan ibarət sərvətini qurtara bilər. Onlardan bəziləri bir başa pul köçürülməsi istəyir, digərləri isə plastik kartlarla bağlı məlumatlar. Edilmiş bu “yaxşılığın” müqabilində isə “xeyirxah əməl sahibinin” özünü “milyonçu” olmaq kimi fürsət gözləyir. Beləliklə “qızıl hərisliyi” insanları axmaqlığa sürükləyir. Bunun sayəsində cinayətkarlar öz ciblərini doldurur, fağır qurbanlar isə heç nəsiz qalır.
Banco.az/ Konul Soltanova