Bank sektorunun xalis mənfəəti 910 milyon manatı ötüb | Banco.az

Bank sektorunun xalis mənfəəti 910 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-sentyabr aylarında 910.7 mln. manat xalis mənfəət, 1,373.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 9,8%, əməliyyat mənfəəti isə 8,2% artıb.

Məlumata görə, cari ilin ilk 9 ayında banklar tərəfindən 214,5  mln. manat (12,5% çox) məbləğində mənfəət vergisi ödənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram