Azərbaycan BOKT-ləri 60 mln. manatdan çox xalis mənfəət əldə edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan BOKT-ləri 60 mln. manatdan çox xalis mənfəət əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ilin yanvar-sentyabr aylarını 60.3 milyon manat xalis mənfəətlə başa vurub. BOKT-lərin xalis mənfəəti illik müqayisədə 88,9 milyon dollar və ya 59,6% azalıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-lar 2024-cü ilin yanvar-sentyabr aylarında 149,2 milyon manat xalis mənfəət əldə etmişdilər.

Məlumata görə, bu ilin 1 oktyabr tarixinə BOKT-lərın aktivləri 1 milyard 44.1 milyon manat olub. Bu da illik müqayisədə 64,2 milyon manat və ya 6,6% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-lərın öhdəlikləri 5% artaraq 543,4 milyon manata, balans kapitalı isə 8,3% artaraq 500,7 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram