Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin oktyabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528.1 milyon manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 0.5% azalıb, 2024-cü ilin eyni dövrünə nisbətən isə 10% artıb.
Oktyabr ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
