Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə 545 milyon 396 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,3% və ya 84 milyon 397 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 118 milyon 642 min manat və ya 33,2% artaraq 476 milyon 306 min manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında yaşam sığortası üzrə yığımlar 461 milyon manata, ödənişlər isə 357,7 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
