Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayları ərzində 354.4 milyon manat kredit verilib.
Bu, ötən ilin eyni dövrü ilə (366 milyon manat) müqayisədə 11.6 milyon manat və ya 3.2% azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 306.5 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
