Azərbaycan banklarının aktivləri 10%-dən çox artıb | Banco.az

Azərbaycan banklarının aktivləri 10%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin oktyabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56,138 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 5 milyard 297.2 milyon manat və ya 10,4% artıb. 

Belə ki, 1 oktyabr 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 50 mlrd. 841 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 48,967.8 mln. manat (9,9% artıb), balans kapitalı 7,170.2 mln. manat (14% artıb) olub.

Sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram