"Made in Azerbaijan" brendi inkişaf edəcək | Banco.az

"Made in Azerbaijan" brendi inkişaf edəcək

"Bakı Dəniz Ticarət Limanı" QSC-nin (Bakı limanı) ərazisində yaradılacaq azad ticarət zonası "Made in Azerbaijan" brendinə bilavasitə töhfə verəcək. 

Bunu Bakı limanının baş direktoru Taleh Ziyadov deyib. 

"Azərbaycan xarici dövlətlərə xam məhsullar ixrac edir. İstəyirik ki, bu məhsullar müəyyən emal prosesindən sonra Azərbaycan brendi adı altında xaricə tədarük edilsin. Məsələn, Azərbaycanın məhşur narını xüsusi qablaşdıraraq Rusiya bazarında 1 kiloqramını 0,60 manata deyil, 1 paketini 2-5 dollara təklif etmək olar. Bu, Azərbaycan məhsuluna əlavə dəyər verilməsinə və fərqlənməsinə şərait yarada bilər", - deyə T.Ziyadov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az