Çin və İsveçrə azad ticarət sazişini genişləndirir | Banco.az

Çin və İsveçrə azad ticarət sazişini genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin və İsveçrə azad ticarət sazişini genişləndirir.

Banco.az xəbər verir ki, Çin və İsveçrə gömrük rüsumlarının aradan qaldırılmasını nəzərdə tutan azad ticarət sazişinin genişləndirilməsi barədə razılığa gəlib.

İsveçrəli rəsmilər İsveçrə Prezidenti Qay Parmelin ilə Çinin ticarət naziri Van Ventao arasında Bern şəhərində keçirilən görüşdən sonra danışıqların başa çatdığını açıqlayıblar.

Yenilənmiş sazişə əsasən, İsveçrənin Çinə ixracının 99,8 faizi gömrük rüsumlarından azad ediləcək. Mövcud sazişdə isə bu güzəştlər İsveçrənin Çinə ixracının yalnız təxminən yarısına şamil olunur.

Çinin İsveçrəyə ixracının demək olar ki, tamamı 2014-cü ildən qüvvədə olan mövcud azad ticarət sazişi çərçivəsində gömrük rüsumlarından azaddır. Sözügedən saziş Pekinin Avropa qitəsindəki bir iqtisadiyyatla imzaladığı ilk azad ticarət sazişi olması ilə seçilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram