"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda likvidlik və yenidən maliyyələşmə riskininin aşağı qalacağını proqnozlaşdırır.
Ölkədəki bankların aktivlərinin təxminən 50%-i likvid alətlərdədir və bu likvidlik yastığı onların xarici şoklara müqavimət göstərməyə kömək edəcək.
"Moody’s" qeyd edir ki, bu likvid alətlərə suveren və kvazi-suveren borc qiymətli kağızlarına qoyulan investisiyalar da daxildir.
APA