Müəllif:Gülbəniz Hüseynli/Banco.az
İnflyasiya, pulun dəyərsizləşməsi və qiymətlərin artması ilə xarakterizə olunan iqtisadi bir fenomen olaraq, bir çox ölkənin maliyyə stabilliyini təhdid edir.
Bu kontekstdə kriptovalyutalar, xüsusilə də məhdud təklifə malik olan Bitcoin kimi rəqəmsal aktivlər, alternativ həll yolları kimi irəli sürülür.
Kripto üzrə ekspertlər bu sahədə atımalı olan vacib addımlar barədə tez-tez xatırlatmalar edirlər.
Banco.az bu sahədə atılmalı olan vacib addımları təqdim edir:
Sabit təklif:
Kriptovalyutaların bir çoxunun təklifi mərkəzsizləşdirilmiş alqoritmlər vasitəsilə məhdudlaşdırıldığı üçün (məsələn, Bitcoin 21 milyon ədəd ilə məhdudlaşdırılıb), inflyasiya riski yoxdur. Bu, kriptovalyutaları uzunmüddətli saxlama vasitəsi kimi cəlbedici edir.
Sərbəst ticarət və əlçatanlıq:
Kriptovalyutalar qlobal miqyasda sərhədsiz ticarət imkanları təmin edir. Onların qiyməti tələb-təklif balansı ilə müəyyənləşdirilir və mərkəzi bankların müdaxilələrinə məruz qalmır.
Rəqəmsal qızıl konsepti:
Kriptovalyutalar, xüsusilə də Bitcoin, bir çox investor tərəfindən "rəqəmsal qızıl" kimi qəbul edilir. Onlar sərvətin saxlanması və inflyasiyaya qarşı müdafiə vasitəsi kimi istifadə edilə bilər.
Çətinliklər barədə danışan ekspertlər qeyd edir ki, kriptovalyutaların inflyasiya ilə mübarizədə rolunu tam reallaşdırmaq üçün onların yüksək volatilliyi və tənzimlənməməsi kimi problemlər aradan qaldırılmalıdır.