Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı qərarını açıqladı | Banco.az

Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı qərarını açıqladı

Milli Məclisin buraxılması Azərbaycan Respublikasının Konstitusiyasına uyğundur

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb.

Ən sərfəli kredit üçün müraciət et

Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et