Kapital Bank 2024-cü ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib | Banco.az

Kapital Bank 2024-cü ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 iyul 2024-cü il tarixinə 9.98 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.78 milyard manat olub.

1 iyul 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 7.6  milyard  manat təşkil edib. Bankın 1 iyul 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 913 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 123,9 manat olub.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ən sərfəli krediti almaq üçün müraciət et