Müəllif:Mehin Qasımova/Banco.az
Kakao paxlasının bahalaşması Afrikada ən iri kakao emalı zavodlarında işlərin dayandırılmasına səbəb olub.
Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb .
Belə ki,2024-cü ildə kakao paxlasının qiymətindəki artım 50%-i keçib. Belə ki, martın əvvəlində kakao paxlasının tarixi maksimum mübadilə dəyəri hər ton üçün 7 min dollar təşkil edib. Ekspertlər hesab edirlər ki, Afrikada yaranmış vəziyyət şokoladın və bütün qənnadı məmulatları qruplarının qiymətlərinin daha da artmasına səbəb olacaq. Qeyd edək ki, Kot-d'İvuar və Qana dünya kakao paxlası istehsalının demək olar ki, 60%-ni təşkil edir.
Qərargahı Abidjanda (Kot-d'İvuar) yerləşən Beynəlxalq Kakao Təşkilatının hesablamalarına görə, cari kənd təsərrüfatı ilində (2023-2024) kakao paxlasının qlobal istehsalı əvvəlki ilə müqayisədə 11% azalaraq 4,45 milyon tona çatacaq.Bu il dünya bazarında kakao paxlasının qıtlığı bir il əvvəlki 74 min ton ilə müqayisədə sentyabra qədər 375 min ton təşkil edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!