İşdən çıxarılma ehtimalları | Banco.az

İşdən çıxarılma ehtimalları

İş yerini əldə saxlamaq işə qəbulolma ilə yanaşı çətin prosesdir. Bu məqalə hansı şərtlər altında işdən çıxarıla biləcəyiniz barədə bir neçə xəbərdarlıqdan bəh edir. Başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu yazı “dost sözün düzünü üzünə deyər” məsəlinə uyğun bir şəkildə hazırlanıb.

İşdən çıxarılmaq hamımız üçün həyatımızda ala biləcəyimiz ən böyük zərbələrdən biridir, çünki hərkəsin özünə görə qurduğu iqtsadi sistemin tək  gəlir mənbəyi vaxtlı - vaxtında maaş aldığımız işdir.

Əgər əlavə gəlirləriniz yoxdursa və ya “atam sağolsun” şəklində yaşamırsınızsa, bir neçə aylıq maaş gecikməsi belə həyat normanızı ciddi şəkildə poza bilər.

Ancaq dünya heç də həmişə işdən çıxma qərarını sizin öhdənizə buraxacaq qədər ədalətli deyildir.

Bəzən heç gözləmədiyiniz bir vaxtda işdən çıxarıldığınıza dair cümlələri şirkət rəhbərinin otağında sakitcə dinləyə bilərsiniz.

İki saat əvvəl iş gününüzü planlayarkən, o günün əslində ofisdəki son gününüz olduğunu öyrənəbilərsiniz.

İşdən çıxarılma hadisəsi çoxumuz tərəfindən həmişə tək tərəfi (işəgötürən, idarəedən) günahlandırılan bir hadisə olaraq göstərilir. Yəni əgər biri işdən çıxarılarsa avtomatik olaraq işəgötürəni və idarəedəni “haqsız işdən çıxarma” fikri ilə günahlandırır. Bir işçinin, həqiqətən, işdən çıxarılmasına layiq olduğunu deyə bilmərik.

Lakin ətrafımızda işini gecikdirən, yalan söyləyən, uyğunsuz davranan, əlaqəyə qapalı və laqeyd olan onlarla işçi var. Əgər bu işçiyə lazımi xəbərdarlıq edilib və düzəlmə fürsəti verilib, düzəlməs üçün çarə yolları tapmağa çalışıbsa və hələ də vəziyyət eynidirsə, bir idarəedici olaraq siz nə edərdiniz?

 Sizi hər cəhətdən bariz bir şəkildə geriyə salan və heç bir halda qurtulamadığınız bu işçi ilə yenə də işləməyə davam edərdiniz?

Etiraf edək ki, bəzən nə etsəniz də bu işçini işdən çıxartmaq xaricində əlinizdə heç bir çarə yoxdur.

İndisə bir işçinin (lazımi bütün çıxış yollarından istifadə etdikdən sonra) təcili işdən çıxarılmalı olduğunu göstərən 8 maddəyə nəzər yetirək.

Əmək qabiliyyətiniz kifayət qədər olmaması

İş qabiliyyətiniz hər zaman yüksəkdə olmaz, hədəflərə hər zaman nail olmaya bilərsiniz. Şirkətlər işçilərinin iş qabiliyyətinin artırmaq üçün yerinə yetirməli olduqları işdən daha çoxunu verirlər. Bu vəziyyətdə büdrəməniz qədər təbii bir şey yoxdur. Ümumiyyətlə, bu cür işdən çıxarma hadisələrinə daha çox "Satış departamentləri"ndə rast gəlirik.

Mütəmadi olaraq işə gecikmə və səbəbsiz işdən qalmaq

İşə girərkən müqavilə imzaladığınızda şirkətinizə iş saatı başlayanda ofisdə olacağınıza dair bir söz vermiş hesab olunursunuz. Gec qalmalar bəzən normal qarşılansa da, bunu bir vərdiş halına gətirsəniz müqavilənizə zidd hərəkət etmiş olursunuz. Səbəbsiz işdən qalma da eyni mənanı verəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Komanda ilə yaxşı münasibət

Əgər  bütün gün kimsəylə əlaqə saxlamadan həll edəbiləcəyiniz bir işiniz yoxdursa (bunun olma ehtimalı çox azdır), iş saatları içərisində digər işçilərlə əlaqə qurmağınız qaçınılmazdır. Əgər bunu etmirsinizsə, qapalısınızsa və özünüzü kənara çəkirsinizsə, kollektivdə tamamlanmayan bir gərginlik yaratmış olacaqsınız və bu rəhbəriniz tərəfində hiss olunar. Kollektivdə yaratdığınız narahatlıq sizin işdən çıxarılmağınıza qədər gedib çıxa bilər.

İşləri vaxtında yerinə yetirməmək

Şirkətinizin bütövlüyü içərisində bir çarx olduğunuzu unutmayın. Əgər sizin çarxınız yavaş fırlanırsa, bütün şirkətin çarxları yavaşlamağa başlayar. Siz bir məruzəni hazırlamağı  3 gün gecikdirsəniz rəhbəriniz o məruzəni idarə heyətinizə təqdim etməyi, idarə heyəti də o qərarı almağı 3 gün gecikdirər. Siz bir işi müəyyənləşdirilmiş vaxtda bitirməyəcəyiniz düşünürsünüzsə əlavə vaxt istəyə bilərsiniz. İşinizi lazımi vaxtda  bitirməməyiniz  sizi sıxıntıya salabilər. Üst- üstə təkrarlanan bu cür hadisələr karyeranızı bitirə bilər.

İş yerində uyğunsuz hərəkətlər etmək

İş yerinə şirkət qaydalarına uyğun olmayan geyimlərlə və ya içkili gəlmək, aqressiv və bəzən söyüşlə danışmaq, sosial mediada normaldan çox zaman keçirmək, şirkətin sizə iş üçün verdiyi əşyaları şəxsi işləriniz üçün hədsiz istifadə etmək kimi davranışlar sizi rəhbər tərəfindən xoş qarşılanmaya bilər.

Keçmişlə bağlı yalan demək

CV-niz şirkətinizə özünüzlə bağlı məlumatları, təcrübələrinizi və bacarıqlarınızı göstərdiyiniz rəsmi sənəddir. Əgər içərisində həqiqi olmayan məlumatlar olarsa və bu gələcəkdə ortaya çıxarsa iş aktınız təktərəfli  ləğv oluna bilər. İşləmədiyiniz halda işləmiş kimi göstərmə, təhsil məlumatlarınız dəyişdirilərsə, olmayan təcrübələriniz  varmış kimi yazılması. Yaxşısı, siz CV-nizi olduğu kimi yazın, etdiyiniz ən kiçik hiylələr belə gələcəkdə ortaya çıxma ehtimalı sizə daima narahat edə bilər. Tarix belə hallarla rastlaşan onlarca profesianalın nümunələri ilə doludur.

İşinizlə əlaqədar yalan demək

Etmədiyiniz bir işi etmiş kimi göstərmək məcbur qaldığınızda istifadə etdiyiniz yollardan biridir. Amma bunu edərkən özünüzü nə qədər böyük bir riskin altına atdığınızını çox vaxt  bilmirsiniz. Bu hərəkətiniz aşkar olunarsa bir iş əlaqəsi üçün ən vacib duyğulardan biri olan inam duyğusuna xələl gətirmiş olarsınız. Rəhbəriniz sizə inanmazsa, verdiyi işləri daha sıx nəzarət etməyə başlayacaq. Bu da sizin qısa zamanda daha çox sıxılmağınıza və iplərin qopmasına səbəb olur.

Rəhbərinizin təlimatlarına uymamaq

Əgər rəhbərinizin keçirdiyi prioritetləri, təlimatları, gözləntiləri qarşılamırsınızsa işiniz iflasa uğrayar. Bu da çox tolerantlıq göstərə biləcəyi bir şey deyil.

Unutmayın bir şirkətdə işləmək sadəcə şirkətə deyil, sizə də məsuliyyət verir. Siz müəyyən bir müavinət qarşılığında beyninizi və ya əməyinizi şirkətə kirayə verirsiniz, qarşılığında hər ayən müəyyən günündə kirayə haqqınızı alırsınız. Əgər şirkətin sizin o pula layiq olmağınıza dair inamı azalarsa., müqavilənizi ləğv edər, ixtisara başlayar. Bu riski ala bilərsinizmi?