Müəllif: Gülnar Əhmədli, Banco.az
Bank Melli İran-ın Bakı filialı cari ilin 9 ayında (yanvar-sentyabr) 4 milyon 378 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 645 min 538 manat və ya 12,8% azdır. 2024-cü ilin eyni dövründə bankın mənfəəti 5 milyon 23 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Bank Melli İran-ın cari ilin 1 oktyabr tarixinə aktivləri 121 milyon 328 min 270 manat təşkil edib.
Bankın aktivləri 2025-ci ilin yanvarın əvvəli ilə müqayisədə 2 milyon 222 min manat və ya 1,9% artıb.
Qeyd edək ki, 2024-cü ilin 31 dekabr tarixində Bank Melli İran-ın aktivlərinin həcmi isə 119 milyon 106 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!