İngiltərə Türkiyə və Suriya üçün 25 milyon funt sterlinq məbləğində yeni yardım paketi göndərəcək | Banco.az

İngiltərə Türkiyə və Suriya üçün 25 milyon funt sterlinq məbləğində yeni yardım paketi göndərəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya zəlzələdən zərərçəkmişlər üçün yeni yardım paketi göndərəcək.

Banco.az xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, sözügedən yeni yardım paketi 25 milyon funt sterlinq (təxminən 566 milyon türk lirəsi) məbləğində olacaq.

Bu məbləğə Suriyadakı qeyri-hökumət təşkilatlarının (QHT) da dəstəklənməsi daxildir. 

Qeyd edək ki, yardım paketində qadınlara, qızlara, doğum həkimlərinə, gender əsaslı zorakılıq qurbanlarına və məcburi köçkünlərə də xüsusi diqqət yetiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et