Hansı xarici dili öyrənmək sizə əlavə pul qazandıra bilər? | Banco.az

Hansı xarici dili öyrənmək sizə əlavə pul qazandıra bilər?

Artıq şirkətlərdə xarici dil bilmək, əlavə təcrübə deyil amma əsas şərtdir. Amma araşdırmalara görə elə xarici dillər var ki, onu öyrənmək sizə maddi cəhətdən üstünlük qazandıra bilər. Yəni əlavə bildiyiniz xarici dillə maaşınız arta və yə başqa yaxşı maaşlı yerdə işləyə bilərsiniz. Təbii ki bu proses bildiyimiz xarici dilə görə də dəyişir. 

The Next Web-in etdiyi araşdırmaya görə EURO LONDON adlı işəgötürmə şirkət bir xarici dil öyrənmənin gəlirinizə 10% ilə 15% arasında bir faydası toxunacağını deyir.  Yəni bu məsələnin korporativ şirkətlərdə işləyən şəxslərin öz maaşlarının artması üçün gələcəklərinə sərmayə qoyması kimi anlaşılır.

Bəs sual olunur? Hansı xarici dildən başlayaq? THE ECONOMİST deyir ki, bütün xarici dillərin maaşınızı artırmaq dərəcəsi təqribən eynidir. Massachusetts Institute of Technology universitetinin iqtisadçısı Albert Saizin fikrinə görə vəziyyət tam fərqlidir. Belə ki, onun fikrinə görə aşağıdakı üç dili xususilə öyrənən insanların maaşının artma ehtimalı daha çoxdur.

  • Almanca – %3,8 Əlavə maaş
  • Fransızca – %2,3 Əlavə maaş
  • İspanca – %1,5 Əlavə maaş

Yuxarıdakı ən çox faizə malik ölkə Almaniyadır. Bəs onlar arasındakı bu fərq nədən yaranır? Təbii ki tələb və təklif arasındakı nisbətdən. Belə ki, Alman dilli ölkələrdə Ümumi Daxili Məhsul (ÜDM) digər ölkələrdən daha çoxdur.  Amma yenə də yuxarıdakı sadəcə bir ehtimaldır, çünki fransızca və ispanca bir-biri ilə ünsiyyət qura bilən ölkələrin miqdarı göz önünə alındıqda faizlər dəyişə bilər. Bu ehtimal istiqamətində fikirləşsək hər hansı xarici dil bilib, yuxarıdakı üç  xarici dildən birini əlavə öyrənərək maaşımızın bir az da artıra bilərik. 

Ən sərfəli kredit üçün müraciət et

Dil öyrənmək istəyirsən?

Necə öyrənəcəyini bilmirsən?

Xəzər Aslanov. Banco.az