5 metodla ingilis dilini öyrən! | Banco.az

5 metodla ingilis dilini öyrən!

Bütün iş sahələrində ingilis dilini tələb edirlər deyə, artıq bu dili öyrənmək əsas vəzifələrimizdən biridir. Ali məktəblərə qəbul olana qədər 10 il ərzində ingilis dili dərsi alsaq da, on birinci sinifin sonuda istənilən səviyyədə ola bilmirik. Universitet dönəmində isə ixtisasımızı ingiliscə seçdikdən sonra keçdiyimiz çətin dərslərə görə öz xarici dilimizi inkişaf etdirə bilmirik, azərbaycan dili ixtisaslarında isə vəziyyət bundan da pis olur. Bu yazıda sizlərə ingilis dilini vaxt itirmədən, kursa getmədən öyrənmək üçün 5 metodu təqdim edəcəm.

    1.Söz öyrənin: Söz dəftəri tutun.

Xarici dil öyrənmək üçün vasitələrdən birincisi  hər gün öyrəndiyiniz sözləri qeyd etməkdir. Çünki, insan beyni yazaraq daha yaxşı yadda saxlayır. Beləliklə, siz həm xarici dildə  yazmaq bacarığınızı inkişaf etdirəcəksiniz, həm də yeni söz öyrənmiş olacaqsınız.  Bir sözü yaxşı öyrənmək istəyirsinizsə,  əvvəlcə sözün mənasını öyrənin, sonra həmin sözü ingilis dilində ifadə edin, bundan sonra, o sözlə eyni kökdə olan digər sözləri araşdırın,  ən sonda isə öyrəndiyiniz sözü cümlə içərisində işlədin. Nümunə üçün:

Söz

Mənası (ingiliscə)

Söz qəlibləri

Formaları

Cümlə içərisində

Successful (sifət)

Achieving what you want to achieve

successful person

A successful

film

Successfully

(zərf)

Elon Musk is the one of the most successful

Entrepreneurs in the World

 

Ən sərfəli kredit üçün müraciət et

    2.Oxuyun: Hər gün kitab, məqalə oxuyun.

Təbii ki, sözləri öyrəndikdən sonra onlar qarşınıza çıxmasa, tezliklə unudacaqsınız. Yadda saxlayın ki, dili müvəqqəti öyrənmək olmur. Ona görə də, ingilis dilini öyrənmək üçün onu gündəlik həyat tərzinə çevirməlisiniz. Yəni, hər gün ingilis dilinizi inkişaf etdirməlisiniz. Bunun üçün də ingilis dilində hekayə kitablarını almaq, hər hansı bir maraqlı məqaləni ingilis versiyasında oxumaq xarici dilinizi inkişaf etdirməyə köməklik edəcək. Gündə iki səhifə oxusanız belə faydasını görəcəksiniz.

    3.Dinləyin:  Dinləmə bacarığınızı inkişaf etdirin.

Əslində çox oxuyan yox, çox dinləyən çox bilər. İngilis dilində dinləmə bacarığınızı inkişaf etdirmək üçün minlərlə vəsait mövcuddur. Hər hansı yerli dildə  baxdığınız bir filmə yenidən  altyazılı və ya altyazısız ingilis dilində baxmaq sizə köməklik edəcək. Amma mənim məsləhətim ingilis dilində  TEDx  spiklerini və ya Voscreen saytındakı videoları izləməklə dinləmə bacarığınızı artırmaqdır.

    4.Yazın: Onlayn platformalarda yazın.

Əslində yazmaq ingilis dilini öyrənməyin ən zəhmətli bölməsidir. Öz ana dilimizdə yazmağa ərindiyimiz halda, ingilis dilində yazmağa o qədər də könüllü deyilik. Lakin, ingilis dilini daima gündəmdə saxlaya bilmək üçün öz fikirlərinizi yazıya tökməyə  vərdiş etməlisiniz. Çünki, siz  dilə gətirdiyiniz cümlədə nəyin səhv, nəyin düz olduğunu yalnız yazmaqla müəyyən edə bilərsiniz. Eyni zamanda yazaraq ingilis dilində düşünmə qabiliyyətini də inkişaf etdirəcəksiniz.  Bunun üçün məsləhət gördüyüm  Quora sual-cavab saytı vasitəsi ilə öz fikirlərinizi ingilis dilində  yazma bacarığınızı inkişaf etdirə bilərsiniz.

    5.Danışın: İngilis dilində danışmaq qızıldır.

Çox insan utandığı üçün ingilis dilində danışmaqdan çəkinir. Ya da ki, səhv edəcəyi üçün ingilis dilində danışmır. Lakin başa düşmək lazımdır ki, ingilis dili öyrənməyinizdə əsas məqsəd həmin dili bildiyinizi insanlara sübut etməkdir. Bunun üçün də danışmaq lazımdır. Yəqin razılaşarsız ki, ingilis dilini öyrənib lakin həmin dildə danışmamaq sizi yalnız inkişafdan geri salacaq. Əgər bir dəfə danışmağa cəhd etsəz, ondan sonra bütün ifadələr ardı ilə gələcək, fikirləriniz açılacaq.  Səhv edə bilərsiniz, heç kəs mükəmməl deyil.  Və ən əsası kimsə siz ingilis dilində danışanda xətalarınıza fikir verməyəcək. Onda haydi  let's speak english!

Xəzər Aslanov

Mənbə: batihandizdaroglu.com

Ən sərfəli krediti almaq üçün müraciət et