Azərbaycanda çəkilən Yaponiya filmi yapon turistlərin Azərbaycana marağının artmasına töhfə verəcək.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının “Sülh dili və dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən xüsusi sessiyasında bildirib.
H.Hacıyev Azərbaycanda çəkilən Yaponiya filmini yüksək qiymətləndirərək onu ən maraqlı filmlərdən biri adlandırıb və filmin ərsəyə gəlməsində iştirak edən yaponiyalı mütəxəssislərə təşəkkür edib.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Yaponiya vətəndaşları Azərbaycana bir il müddətinə vizasız səfər edə bilirlər.
“Azərbaycanlılar da Yaponiyaya vizasız gedib-gəlmək istəyirlər. Bunu mümkün etmək olar. Həmin filmə görə yaponiyalı mütəxəssislərə təşəkkür edirəm”, – deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, belə layihələr ölkələr arasında mədəni əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turizm əlaqələrinin genişlənməsinə töhfə verə bilər.
Trend
