Xarici dil öyrənmə metodu: QO-DA metodu | Banco.az

Xarici dil öyrənmə metodu: QO-DA metodu

Məqalədə Barış Özcanın videosundan  bəhrələnmişdir

Bir dostum var, imtahan vermək üçün gündə  xarici dildə müəyyən qədər söz öyrənməlidir, daha doğrusu əzbərləməlidir. Təbii ki, yeni bir dilə başladığından bu ona çətin gəlir, ya əzbərlədiyi sözləri unudur, ya da ki əzbərləyə bilmir. Bəs nə etməlidir? Ümumiyyətlə xarici dili  mükəmməl mənimsəmək üçün hansı metod mövcuddur? Təqribən 1 il bundan əvvəl məşhur videobloqqer Barış Özcanın youtube kanalında  bu barədə bir video izləmişdim. Həmin videoda bir metoddan bəhs edilirdi, indi isə o metodun necə işlədiyini və hansı nəticələrə gəldiyini sizlər üçün izah edəcəm. 

Ümumiyyətlə xarici dili öyrənmək üçün milyonlarla metod mövcuddur, bu metodları yadda saxlamaq xarici dili öyrənməkdən daha çətindir.  Mən isə yenisini təqdim edirəm, ümid edirəm sizdə də alınacaqdır. Metodun adı QO-DA-dır, yəni QOrxusuzca DAnış. 

Xarici dili öyrənmək üçün dörd mərhələ vardır,  writing (yazma), speaking (danışma), listening (dinləmə), reading (oxuma) . Hətta məşhur xarici dil imtahanları da bu mərhələlər üzrə tərtib edilir.  Amma xarici dil öyrənmə üzrə vahid bir metoda hələki heç kim gəlməyib. Hətta bu barədə 14 dil bilən Richard Simcott  deyir

 Dil öyrənmək üçün üsullar çoxdur, lakin hansı üsuldan istifadə edəcəyiniz sizə bağlıdır.

Yəni adam qısaca deyir ki, əlinizə qrmatika kitabı alıb oxumaq da bir metod, müəllim yanına getmək də.  Ümumiyyətlə xarici dili mükəmməl öyrənə bilən dünyada 3 tip insan mövcuddur.

  1.  Uşaqlar
  2. Turistlərlə təmasda olanlar
  3. Turistlərlə təmasda olan uşaqlar

​Yuxarıdakılar sizin beynizi qarışdıra bilər, amma həmin insanların xarici dili tez öyrənməsinin iki səbəbi var. Birincisi qorxusuz olmaları, ikincisi danışmalarıdır.  İndi yəqin çoxunuz  "dil öyrənmək üçün minlərlə kursa getmişəm, heç biri xeyir eləmədi. Əksinə vaxtımı aldı. Hər gün ingilis dilində altyazılı filmlər izləyirəm. Yenə də xeyri olmur. Mən dil öyrənə bilmirəm" fikirləşirsinizsə , siz heç vaxt xarici dil öyrənə bilməyəcəksiniz. Bunun ilk səbəbi  qorxaq olmağınızdır. Siz səhv etməkdən qorxursunuz, amma səhv etməsəz heç nə əldə etməyəcəksiniz. Düşünün, uşaq yaşlarında atanızın və ananızın adını tələffüz edəndə səhv edirdiniz, çünki ana dilinizi doğru-düzgün bilmirdiniz.  İkinci səbəb isə   danışmırsınız, dil öyrənmək üçün danışmaq lazımdır. Ana dilini ilk yaşlarda öyrənmiş biri onu film izləyərəkmi öyrənir və ya 3-4 yaşlı uşaq ana dilini öyrənmək üçünmü kursa gedir? Yox əlbətdəki, o sadəcə danışır, danışdıqca səhv edir, səhv etdikcə öyrənir. 

Hiss edirəm ki,  "kimlə danışaq?" deyənlər var, artıq texnologiya əsridir. Hər şey inkişaf edib, xarici biriylə danışmaq üçün xaricə getməyə gərək yoxdur. Həmin sahə üzrə fəaliyyət göstərən minlərlə sayt mövcuddur. Bunlardan biri də, Cambly-dir.  Bu saytın özəlliyi sizi ingiliscə müəllimlərlə tanış edir.  Özüdə ingilis dili elə bir dildir ki, hər ölkədə fərqli danışılır.  Cambly platformasında da hansı ölkənin ingilis dilini öyrənmək istəyirsinizsə, ona uyğun müəllim seçəcəksiniz.  

Ən sərfəli kredit üçün müraciət et

Bəs bu metod nə qədər təsirlidir?  Yəni bu meotddan istifadə edib uğur qazanan varmıdır? Youtubeda  Scott Young & Vat Jaiswal adlı iki dostun aşağıdakı Tedx çıxışını gördükdən sonra, buna inandım.

Deməli bu iki dost, İspan dili öyrənmək üçün İspaniyaya gedirlər. İlk 2-3 həftə çox kədərli bir hekayələri olur. Amma 12 həftə sonra İspan dilində mükəmməl danışa bilirlər. Sonra ordan Portuqal dili öyrənmək üçün Braziliyaya keçirlər.  12 həftə sonra səlis şəkildə bu dildə də danışa bilirlər. Son səyahətləri isə Çinə olur və burada da eyni hal baş verir.  Bəs onlar buna necə nail olublar?  İki dost  bu metodu Non-english metodu adlandırır, yəni getdikləri ölkədə ana dillərində heç nə danışmayıblar. Düzdü bir az çətinlik çəksələr də, sonra buna özlərini alışdıra biliblər. 

Bəs bir dili yaxşı öyrənmək üçün nə qədər söz bilməliyik? Əslində bunu demək olduqca çətindir, çünki ingilis dilində 1 milyondan çox söz var. Bunların hamısını bilər biri ilə heç vaxt rastlaşmamışam.  Dahi  Shakespeare  belə öz əsərlərində  31 534  fərqli sözdən istifadə edib.  Lakin ingilis dilində 2000-3000 çox işlənən sözlər vardır ki, bunları bilsəz ingilis dilinin 98%-ni bilmiş hesab edilirsiniz. 

Xususilə də söz öyrənmək üçün dostuma da , sizlərə də  tövsiyyəm budur, əzbərləməyin. Həmin sözləri nəyəsə bənzədin, ya da o sözü yadınıza salmaq üçün hansısa bir hadisə ilə əlaqələndirin. Çünki əzbərləmək heç zaman faydalı deyil. 

Son olaraq dil öyrənmək üçün hər kəsdən faydalanın. Öz ana dilinizi öyrəndiyiniz kimi, xarici dili də elə öyrənin. Sözləri xususi kağızlarla yazıb  hər zaman onunla qarşı-qarşıya gəlmək üçün otağınızın divarlarına, kitablara yapışdırın. Ətrafınızdakı insanlarla xarici dildə danışın, lazım gəlsə ətrafınızdakı insanları dəyişin. Əgər danışmağa adam tapmırsınızsa heyvanlarla, bitkilərlə danışın.  Amma yetərki danışın. Ana dilinizdə danışanda öyrəndiyiniz xarici dildə sözləri cümlə içərisində işlədin. 

Həmin videonu xatırladıb, mənə bu məqaləni yazmağa təşviq edən dostuma təşəkkürlər. :)

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et