Müəllif: Tamara Mustafayeva, Banco.az
Misirin ərzaq ixracında ilk doqquz ay üzrə rekord qeydə alınıb.
Banco.az xəbər verir ki, Misirdə ərzaq sənayesinə yatırımların artması ixrac göstəricilərinə də müsbət təsir göstərməyə başlayıb.
“Bloomberg”in məlumatına görə, Misirin ərzaq ixracı 2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 5 milyard 821 milyon dollara çatıb.
Ərzaq İxracı Şurasının məlumatlarına əsasən, sektorun doqquz aylıq ixracının dəyəri indiyədək qeydə alınan ən yüksək səviyyəyə yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 5,17 milyard dollar təşkil edib.
Beynəlxalq bazarlarda tələbin artması nəticəsində ixrac gəlirləri 651 milyon dollar yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
