Köhnəlmiş Android əməliyyat sistemi olan smartfon və planşetlər artıq 2021-ci ildə internetdə veb saytların üçdə birini aça bilməyəcək.
“RİA Novosti”nin məlumatına görə, problem barədə “AndroidPolice” xəbərdarlıq edib.
Məsələ burasındadır ki, 2021-ci ilin payızından etibarən, “Lets Encrypt” ilə “IdenTrust” arasında müqavilə müddəti başa çatır. Bundan sonra “Lets Encrypt” öz sertifikatına keçəcək.
Buna görə, köhnə əməliyyat sistemi olanlar “Lets Encrypt” tərəfindən dəstəklənən bir çox saytlara girə bilməyəcək.
Həssas cihazlar siyahısına Android 7.1.1 və ondan əvvəlkilər aid edilir. Başqa sözlə, əgər smartfon 2016-cı ildən bəri yenilənməyibsə, o zaman risk qrupuna düşür.
oxu.az
Bizi sosial şəbəkələrdən izləyin!!
