ABŞ-da vakant iş yerlərinin sayı proqnozlardan aşağı olub | Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı proqnozlardan aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da vakant iş yerlərinin sayı proqnozlardan aşağı olub.

Banco.az xəbər verir ki, ABŞ-da JOLTS üzrə vakansiyaların sayı avqust ayında 7 milyon 79 minə geriləyərək bazar gözləntilərinin altında qalıb.

ABŞ Əmək Nazirliyi avqust ayı üzrə JOLTS vakansiyalarının sayına dair məlumatları açıqlayıb.

Məlumata görə ölkədə vakansiyaların sayı avqust ayında əvvəlki ayla müqayisədə 256 min azalaraq 7 milyon 79 minə düşüb. Bazar gözləntiləri vakansiyaların sayının sözügedən dövrdə 7 milyon 230 min olacağı istiqamətində idi.

İyul ayında 7 milyon 335 min təşkil edən vakansiyaların sayında avqust ayında sektorlar üzrə cüzi dəyişiklik qeydə alınıb.

Ölkədə işə qəbul edilənlərin sayı isə avqust ayında əvvəlki ayla müqayisədə 46 min artaraq 5 milyon 192 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram