Aİ büdcəsinə yüksək töhfə verən ölkələrdən ixtisar tələbi | Banco.az

Aİ büdcəsinə yüksək töhfə verən ölkələrdən ixtisar tələbi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ büdcəsinə yüksək töhfə verən ölkələrdən ixtisar tələbi.

Banco.az xəbər verir ki, “Politico” internet saytının xəbərinə görə Almaniya, Niderland, Avstriya, Danimarka, İsveç və Finlandiyanın liderləri Avropa İttifaqının (Aİ) dövrü sədrliyini həyata keçirən İrlandiyaya yeni büdcə layihəsində bir neçə yüz milyard avroluq ixtisar edilməsinə çağırış edən məktub göndəriblər.

Liderlər ölkələrinin Aİ büdcəsinin təxminən 40 faizini maliyyələşdirdiyini bildirərək büdcənin mövcud dövrlə müqayisədə 60 faiz artırılmasını real olmayan yanaşma kimi qiymətləndiriblər.

Büdcə üçün yeni gəlir mənbələri yaradılacağı təqdirdə belə maliyyə yükünün Avropa vətəndaşlarının üzərinə düşəcəyinə diqqət çəkən liderlər büdcə təklifinin azaldılmasını istəyiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram