Azərbaycanın Yunanıstana neft satışından qazancı artıb | Banco.az

Azərbaycanın Yunanıstana neft satışından qazancı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yunanıstan bu ilin yanvar-avqust aylarında Azərbaycandan 182 milyon 765 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 53 milyon 775 min dollar və ya 41,7% çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Yunanıstanın idxal etdiyi neftin miqdarı isə 284 min 375 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 51 min 979 ton və ya 22,4% artım deməkdir.

Ötən ilin yanvar-avqust aylarında Yunanıstanın idxal etdiyi neftin dəyəri 128 milyon 990 min dollar, miqdarı isə 232 min 396 ton olub. 

Qeyd edək ki, ilk 8 ayda İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram